• cümə, 19 Aprel, 18:13
  • Baku Bakı 24°C

Ötən il “Azərbaycan multikulturalizmi” fənninin tədrisi 15 xarici ölkədə həyata keçirib

11.01.17 12:15 688
Ötən il “Azərbaycan multikulturalizmi” fənninin tədrisi 15 xarici ölkədə həyata keçirib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilin əvvəlindən bu günə qədər 15 xarici ölkədə – Portuqaliyada, İtaliyada, Almaniyada, Rusiyada, Gürcüstanda, İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda, İsveçrədə və başqalarında, həmçinin 36 Azərbaycan universitetində "Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirib.
APA-nın məlumatına görə, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Kamal Abdullayev belə bir fənnin tədrisi ilə bağlı tamamilə yeni universitetlərdən təkliflər gəldiyini qeyd edib: "Azərbaycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin ölkələrin gənclərini ölkəmizə bağlayan xətlər möhkəmlənir. Həmin universitetlərin tələbələri Azərbaycan multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələrin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir”.
banner

Oxşar Xəbərlər