• cümə axşamı, 25 aprel, 14:00
  • Baku Bakı 23°C

Ötən il avtomobil yollarının layihələndirilməsi və tikintisinə ayrılan məbləğ açıqlandı

17.05.20 09:45 614
Ötən il avtomobil yollarının layihələndirilməsi və tikintisinə ayrılan məbləğ açıqlandı
2019-cu ildə ölkədə avtomobil yollarının yol infrastrukturunun layihələndirilməsi və tikintisinə 945,9 milyon manat ayrılıb.
Trend xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatında öz əksini tapıb.
Görülən işlər nəticəsində, Dünya Bankı ilə birgə maliyyələşdirilən "Magistral Yol III Əlavə Maliyyələşmə” layihəsi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 91-107 km hissəsinin I kateqoriyaya uyğun olaraq tikintisi işləri, Samur (Azərbaycan Respublikası) - Yaraq Qazmalar (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində uzunluğu 325 metr olan avtomobil körpüsünün və onun giriş yollarının tikintisi işləri, 48 rayon üzrə 926,9 min nəfər əhalinin yaşadığı 278 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 860 km təşkil edən kənd yollarının tikintisi işləri başa çatdırılıb və əhalinin istifadəsinə verilib.

banner

Oxşar Xəbərlər