AZE | RUS | ENG |

Ötən il aviaşirkətlər 3,7 mlrd. sərnişin daşıyıb

Ötən il aviaşirkətlər 3,7 mlrd. sərnişin daşıyıb
2016-cı ildə dünya üzrə aviadaşıyıcıların xidmətindən 3,7 mlrd. sərnişin istifadə edib ki, bu da yeni rekord olub. "APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Mülkü Aviasiya Təşkilatının (ICAO) yaydığı məlumatda deyilir.   Qeyd edilir ki, 2016-cı ilin yekunlarına görə əldə olunan göstərici 2015-ci illə müqayisədə 6% çoxdur.   Ötən il 35 mln. uçuş qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə 6,3% artıqdır. Beləliklə, ötən il səfər edən turistlərin yarısı hava nəqliyyatından istifadə edib.   Ümumilikdə, bu sektorda daşımaların 36%-i (2015-ci illə müqayisədə 6,3% artım) Avropanın, 29%-i (8%-lik artım) Asiya-Sakit okean bazarının, 15%-i Yaxın Şərqin (11,2%-lik artım), 13%-i Şimali Amerikanın (3,5%-lik artım) payına düşür.   Ötən il aviaşirkətlərin ümumi əməliyyat gəlirləri 60 mlrd. dollar olub. 2015-ci ildə bu göstərici 58 mlrd. dollar idi.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805