• cümə axşamı, 18 aprel, 09:19
  • Baku Bakı 12°C

Ötən il aliment borcunu ödəməyən 2011 şəxs həbs edilib

08.05.20 16:55 823
Ötən il aliment borcunu ödəməyən 2011 şəxs həbs edilib
2019-cu il ərzində yerli icra qurumlarının icraatında alimentin tutulması ilə bağlı 92.350 icra sənədi olub.
Bu barədə Ədliyyə NazirliyindənAPA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, bu dövrdə aliment borcunu qərəzli olaraq ödəmədiyi üçün 2.011 şəxs inzibati qaydada həbs edilib.
2019-cu il ərzində aliment borcu ilə əlaqədar yeri məlum olmayan 3.509 şəxs axtarışda olub. 2019-cu ilin sonuna isə icraatda 80.673 aliment işi qalıb.
banner

Oxşar Xəbərlər