• cümə, 19 Aprel, 03:48
  • Baku Bakı 18°C

Ötən il Ağdamda 758 ton toxumluq taxıl istehsal edilib

11.02.18 17:30 738
Ötən il Ağdamda 758 ton toxumluq taxıl istehsal edilib
Ağdam rayonunda toxum taxılçılığı üzrə 3 hüquqi, 3 fərdi sahibkar fəaliyyət göstərir.
Rayon Statistika İdarəsindənAZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il bu təsərrüfatlar tərəfindən 758 ton toxumluq taxıl, o cümlədən 644 ton yumşaq buğda, 114 ton arpa istehsal edilib. İstehsal edilmiş buğdanın 163 tonu R1, 481 tonu isə R2 reproduksiyası üzrədir. Ümumi toxumun 422 tonunu hüquqi şəxslər, 336 tonunu isə fərdi sahibkarlar istehsal ediblər.
İstehsal olunmuş toxum müəyyən edilmiş qaydalara uyğun olaraq istifadəçilərə satılıb.
banner

Oxşar Xəbərlər