• cümə, 29 Mart, 14:36
  • Baku Bakı 14°C

Ötən il 51 azyaşlı uşaq müəssisələrindən ailələrinə qaytarılıb

10.04.20 11:37 468
Ötən il 51 azyaşlı uşaq müəssisələrindən ailələrinə qaytarılıb
Azərbaycanda ötən il rayon (şəhər) icra hakimiyyətlərinin müvafiq sərəncamlarına əsasən, 74 azyaşlı dövlət uşaq müəssisələrinə yerləşdirilib, 51 uşaq isə dövlət uşaq müəssisələrindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.
Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.
Hesabatda qeyd edilir ki, övladlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə 40 uşaq reabilitasiya xidmətlərinə, 21 uşaq ailə tipli kiçik qrup evində alternativ xidmətə, 264 sağlamlıq imkanları məhdud uşaq isə reabilitasiya xidmətinə yönləndirilib.
Təhsil Nazirliyinin UNICEF-lə birgə həyata keçirdiyi "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində 4 pilot məktəbdə (220, 138, 252 və 202 nömrəli məktəblər) 66 sağlamlıq imkanları məhdud şagird inklüziv təhsilə cəlb olunub.
2018-2019-cu tədris ilində ölkə üzrə 10,5 min sağlamlıq imkanları məhdud şəxs xüsusi təhsilə cəlb olunub. Onlardan 6655 nəfəri evdə təhsilə, 629 nəfər isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi məktəblərində təhsilə cəlb olunub.
Hazırda 3272 nəfər xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimli təhsil müəssisələrində və ümumi təhsil məktəblərinin nəzdindəki xüsusi siniflərdə təhsil alır.
banner

Oxşar Xəbərlər