AZE | RUS | ENG |


Ötən il 19 dini icmanın qeydiyyatı ləğv edilib

Ötən il 19 dini icmanın qeydiyyatı ləğv edilib
Azərbaycanda 2017-ci ildə dini qurumların dövlət qeydiyyatı davam etdilərək 793-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 765-i İslam, 28-i qeyri-islam təmayüllüdür.
 
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirədə komitənin şöbə müdiri Əliheydər Zülfüqarov bildirib.
 
O, dövlət qeydiyyatına alınmış 22 dini icmanın ləğv edilməsi ilə bağlı müraciət edildiyini, 19 dini qurumun ləğv edilməsi barədə məlumatın Dini qurumların dövlət reyestrinə daxil edildiyini, 3 dini icmanın sənədi qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığını vurğulayıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6703
GBP 1 İngilis funt sterlinqi 2.3571
TRY 1 Türk lirəsi 0.4447
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2113
EUR 1 Avro 2.0780
CHF 1 İsveçrə frankı 1.7651
USD 1 ABŞ dolları 1.7001