• cümə, 26 Aprel, 07:28
  • Baku Bakı 12°C

Ötən gün yol qəzasında 2 nəfər həyatını itirib

14.04.20 14:45 706
Ötən gün yol qəzasında 2 nəfər həyatını itirib
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 10 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər