• şənbə, 20 Aprel, 16:29
  • Baku Bakı 23°C

Ötən gün yol qəzalarında bir nəfər ölüb, 2 nəfər xəsarət alıb

07.07.18 11:15 565
Ötən gün yol qəzalarında bir nəfər ölüb, 2 nəfər xəsarət alıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb.
APA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər