• cümə axşamı, 25 aprel, 18:10
  • Baku Bakı 21°C

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb

12.10.18 11:15 494
Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb
Oktyabrın 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər