• cümə axşamı, 25 aprel, 21:38
  • Baku Bakı 21°C

Ötən gün yaşayış yerini tərk edən 26 koronavirus xəstəsinə cinayət işi açılıb

11.12.20 11:30 419
Ötən gün yaşayış yerini tərk edən 26 koronavirus xəstəsinə cinayət işi açılıb
Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 10-da yaşayış yerini tərk edən 27 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədəAPA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, onlardan 26 nəfəri evlərinə qayıtarılıb, 1 nəfər ağır koronavirus xəstəsi isə xəstəxanaya yerləşdirilib.
Saxlanılanlardan 26 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
banner

Oxşar Xəbərlər