• cümə, 19 Aprel, 14:21
  • Baku Bakı 25°C

Ötən gün qeydə alınmış 97 cinayət faktından 16-nın üstü “isti izlər”lə açılıb

11.08.18 17:45 642
Ötən gün qeydə alınmış 97 cinayət faktından 16-nın üstü “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 97 cinayət faktından 16-nın üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər