• cümə, 29 Mart, 19:43
  • Baku Bakı 14°C

Ötən gün qeydə alınmış 116 cinayət faktından 27-nin üstü “isti izlər”lə açılıb

01.09.18 17:40 649
Ötən gün qeydə alınmış 116 cinayət faktından 27-nin üstü “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 116 cinayət faktından 27-nin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə bir nəfər, borclu şəxs qismində axtarışda olan beş nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, on iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

banner

Oxşar Xəbərlər