• çərşənbə axşamı, 19 mart, 08:04
  • Baku Bakı 8°C

Ötən gün qeydə alınan 115 cinayətin 25-i "isti izlər"lə açılıb

08.08.18 09:00 692
Ötən gün qeydə alınan 115 cinayətin 25-i "isti izlər"lə açılıb
Ötən gün ərzində respublika ərazisində 115 cinayət faktı qeydə alınıb, onların 25-i "isti izlər"lə açılıb.
Trend-ə DİN-in mtbuat xidmətindən verlən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.
Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb".
Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilmişdir: "Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb".
banner

Oxşar Xəbərlər