AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ötən gün paytaxtda 32 cinayətin üstü açılıb

Ötən gün paytaxtda 32 cinayətin üstü açılıb

Kriminal
27 Fevral 2020, 12:00 1013
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da 32 cinayətin üstü açılıb. 
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 16 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.