• cümə axşamı, 28 mart, 13:00
  • Baku Bakı 16°C

Ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər cərimələnib

05.05.20 12:22 788
Ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər cərimələnib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mayın 4-də saat 00:00-dan mayın 5-də saat 00:00-dək olan müddətdə Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 4-də saat saat 00:00-dan mayın 5-də saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47 min 963 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.
banner

Oxşar Xəbərlər