• çərşənbə axşamı, 16 aprel, 17:51
  • Baku Bakı 19°C

Ötən gün ölkədə cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

01.02.18 11:20 631
Ötən gün ölkədə cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 131 cinayət faktı qeydə alınıb, onların da 34-ü "isti izlər”lə açılıb.
Trend-ə DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər