Ötən gün küləyin maksimal sürəti saniyədə 40 metrə çatıb
Yanvarın 17-18-də ən təhlükəli və güclü gülək Bakıda və Abşeron yarımadasında müşahidə olunub.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 40 metrə çatıb: "Rayonlarda daha az sürətli külək müşahidə olunub, bəzi rayonlarda nisbətən güclü olub. Küləyin maksimal sürəti saniyədə 28 metrdən çox olmayıb".