• şənbə, 20 Aprel, 13:39
  • Baku Bakı 23°C

Ötən gün daxili işlər orqanları tərəfindən 93 cinayət faktı qeydə alınıb

02.05.18 11:45 756
Ötən gün daxili işlər orqanları tərəfindən 93 cinayət faktı qeydə alınıb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 93 cinayət faktı qeydə alınıb. Onların 22-si "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 34 cinayətin açılması təmin olunub.
Axtarışda olduqlarına görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər