• cümə axşamı, 18 aprel, 16:11
  • Baku Bakı 22°C

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub

27.03.21 13:30 889
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub

Daxili İşlər Nazirliyi ötün gün 2021-ci il mart ayının 26-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər