• cümə axşamı, 28 mart, 22:25
  • Baku Bakı 13°C

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər tutulub

17.04.21 11:45 716
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər tutulub
Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 32 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər