AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Kriminal
09 Aprel 2020, 14:00 296
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 11 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.