• şənbə, 20 Aprel, 10:47
  • Baku Bakı 14°C

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

24.08.18 11:00 839
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
Avqustun 23-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər