• cümə, 19 Aprel, 14:00
  • Baku Bakı 25°C

Ötən gün axtarışda olan 29 nəfər "tapılıb"

08.02.18 11:00 653
Ötən gün axtarışda olan 29 nəfər "tapılıb"
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində (fevral ayının 7-dən 8-dək) 125 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər”lə açılıb.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Məlumata görə, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər