• şənbə, 27 Aprel, 03:15
  • Baku Bakı 14°C

Ötən gün axtarışda olan 26 nəfər tapılıb və saxlanılıb

16.02.18 10:10 873
Ötən gün axtarışda olan 26 nəfər tapılıb və saxlanılıb
Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 112 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər”lə açılıb.
Bundan başqa, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında isə 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Eləcə də, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər