• cümə, 19 Aprel, 16:40
  • Baku Bakı 25°C

Ötən gün 63 cinayət faktı qeydə alınıb

02.01.18 12:34 685
Ötən gün 63 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 12-si "isti izlər”lə açılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarışda olduğuna görə 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər