• cümə axşamı, 18 aprel, 04:13
  • Baku Bakı 15°C

Ötən gün 4 yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb

08.03.19 11:51 622
Ötən gün 4 yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Martın 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən 30 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər