• cümə axşamı, 25 aprel, 00:44
  • Baku Bakı 19°C

Ötən gün 37 nəfər saxlanılıb - Cinayət törətməkdə şübhəli bilinirlər

30.03.19 14:15 593
Ötən gün 37 nəfər saxlanılıb - Cinayət törətməkdə şübhəli bilinirlər
Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü "isti izlər”lə açılıb. Eləcə də, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər