• çərşənbə axşamı, 23 aprel, 15:00
  • Baku Bakı 24°C

Ötən ay nikaha daxil olmaq istəyən 301 nəfərdə talassemiya daşıyıcılığı, 7 nəfərdə QİÇS aşkarlanıb

16.05.17 13:20 823
Ötən ay nikaha daxil olmaq istəyən 301 nəfərdə talassemiya daşıyıcılığı, 7 nəfərdə QİÇS aşkarlanıb
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiqinə başlandığı gündən bu il aprelin sonunadək 268174 nəfər müayinədən keçib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, apreldə isə 9653 nəfər müayinə olunub.
1 iyun 2015-ci il – 30 aprel 2017-ci il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkarlansa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş sayılır.Ötən ay müayinədən keçmiş 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkarlanıb.
Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
banner

Oxşar Xəbərlər