• cümə axşamı, 28 mart, 17:32
  • Baku Bakı 16°C

Ötən ay “Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 10 mindən artıq istehlakçıya xidmət göstərib

10.03.17 10:21 823
Ötən ay “Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 10 mindən artıq istehlakçıya xidmət göstərib
SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi tərəfindən fevral ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

"Azəriqaz”dan "APA-Economics”ə verilən məlumata görə, bu ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı ASAN Komunal mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 10 003 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.
banner

Oxşar Xəbərlər