• cümə, 26 Aprel, 23:08
  • Baku Bakı 22°C

Ötən ay Azərbaycandan 1525 əcnəbi deportasiya edilib

15.03.17 17:22 640
Ötən ay Azərbaycandan 1525 əcnəbi deportasiya edilib
Azərbaycan RespublikasınınDövlət Miqrasiya Xidmətitərəfindən 2017-ci ilin fevral ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ötən ay 1767əcnəbinin Azərbaycan Respublikasında olmanın, müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozması halı müəyyənləşib


Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, onlardan 19-un Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəzlənib,223nəfərin ölkədə yaşaması leqallaşdırılıb, 1157əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etməsi,368əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Fevralda Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı7786 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı39464 əcnəbinin müraciəti qeydə alınıb.

Qurum ay ərzində ayrı-ayrı bölgələrdə və ali məktəblərdə 5maarifləndirmə tədbiri keçirib, o cümlədən səyyar xidmət göstərib.
banner

Oxşar Xəbərlər