• çərşənbə axşamı, 19 mart, 13:29
  • Baku Bakı 8°C

Ötən ay Azərbaycana 469 avtomobil idxal olunub

21.02.17 10:45 836
Ötən ay Azərbaycana 469 avtomobil idxal olunub
Bu ilin yanvar ayında Azərbaycana ümumilikdə 469 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 32 ədəd və ya 6,82 faiz çoxdur.
Ölkəyə gətirilən avtomobillərin 3-ü sürücü daxil olmaqla on və ya daha çox adam daşımaq üçün, 420-si əsasən adamların daşınması üçün, 41-i yük daşımaq üçün nəzərdə tutulub. Qalan 5 avtomobil isə xüsusi təyinatlıdır.
banner

Oxşar Xəbərlər