• cümə, 26 Aprel, 11:54
  • Baku Bakı 12°C

Ötən ay 3406 əcnəbiyə Azərbaycanda müvəqqəti yaşama icazəsi verilib

10.08.18 13:56 661
Ötən ay 3406 əcnəbiyə Azərbaycanda müvəqqəti yaşama icazəsi verilib
İyul ayındaDövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3406-na müvəqqəti yaşama, 358-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqələri verilib, 47-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.
Bu barədə "Report"a DMX-dən məlumat verilib.
Bundan başqa, DMX ötən ay ərzində 705 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verib.
Qeyd edək ki, iyulda DMX ümumilikdə müvəqqəti və daimi yaşama, həmçinin iş icazəsinin verilməsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 4516 qərar qəbul edib.
banner

Oxşar Xəbərlər