• şənbə, 20 Aprel, 12:14
  • Baku Bakı 23°C

Ötən ay 32 müəssisənin sahibi cərimələnib

13.08.14 15:36 1026
Ötən ay 32 müəssisənin sahibi cərimələnib
Bu ilin iyul ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 32 müəssisənin sahibi inzibati qaydada cərimələnib.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, 32 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 10 iş istintaq orqanına verilib, 19 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.
Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 280 yeyinti məhsulu nümunə götürülüb, onlardan 6-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 797 nümunədən isə 3-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 51, onlardan 28-də nəticə qeyri-kafi olub.
Ötən ay ərzində şadlıq evlərindən 923 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 17 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.
banner

Oxşar Xəbərlər