• cümə axşamı, 28 mart, 18:05
  • Baku Bakı 13°C

Temur Abazov Marneuli rayon icra başçısı seçilib

22.10.17 13:48 3289
Temur Abazov Marneuli rayon icra başçısı seçilib
Gürcüstanın hakim "Gürcü Arzusu” Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısına namizədi Temur Abazov seçkilərdə qələbə qazanıb.
APA-nın yerli bürosu Gürcüstanın Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, T.Abazov 68,05 faiz səs əldə edib.
Səs çoxluğuna görə ikinci yeri 21,33 faizlə müxalif "Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev, üçüncü yeri isə 6,29 faiz səslə müxalif "Vahid Milli Hərəkat” partiyasının namizədi Rəhim Əsgərov tutub.
banner

Oxşar Xəbərlər