• cümə, 29 Mart, 09:27
  • Baku Bakı 5°C

Temperatur iqlim normasından 3-4 dərəcə yüksəkdir - Açıqlama

19.08.14 11:48 832
Temperatur iqlim normasından 3-4 dərəcə yüksəkdir - Açıqlama
Son günlər ölkə ərazisində müşahidə olunan havanın temperaturu iqlim normasından yüksəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, avqustun 18-də Bakı və Abşeron yarımadasında müşahidə olunan havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.
Onun sözlərinə görə, dünən Bakı və Abşeron yarımadasında havanın temperaturu 38 dərəcə, Sumqayıtda 39 dərəcə, Maştağada 39,5 dərəcə isti qeydə alınıb. Eyni zamanda, Mərkəzi Aran rayonlarında 39, Naxçıvan MR-nın bəzi ərazilərində 40 dərəcəyədək isti müşahidə olunub. Ölkə üzrə ən maksimal temperaturlar 12-15 radələrində qeydə alınıb.
A. Verdiyev qeyd edib ki, bu gün də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yuxarıdır. Belə isti hava şəraiti ölkə ərazisində bu gün və sabah davam edəcək.
Baş hidroloq əlavə edib ki, Bakı və Abşeronda hələlik anomal isti temperatur müşahidə edilməyib. Avqustun 18-də Bakıda orta temperatur 37,6 dərəcə isti olub.
banner

Oxşar Xəbərlər