• cümə axşamı, 28 mart, 14:58
  • Baku Bakı 16°C

Temperatur düşəcək, qar yağacaq - Xəbərdarlıq

05.04.14 10:55 1308
Temperatur düşəcək, qar yağacaq - Xəbərdarlıq
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 6-da hava yağıntılı olacaq, bəzi yerlərədə sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü şimal-qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlara havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır./trend/
banner

Oxşar Xəbərlər