• şənbə, 27 Aprel, 01:22
  • Baku Bakı 14°C

Temperatur 6 dərəcə düşəcək, yağışlar başlayacaq

18.01.14 10:48 1202
Temperatur 6 dərəcə düşəcək, yağışlar başlayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah gecəyə soğru Bakıda şimal küləyi əsməyə başlayacaq. Yanvarın 19-u günün ikinci yarısından başlayaraq, ölkə üzrə havanən temperaturunun enməsi müşahidə ediləcək.
Yanvarın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Çənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küşəyi ilə əvəz olunacaq, axşama doğru arabir bir qədər güclənəcək.
Bakıda və Abşeron yarımadasında yanvarın 19-da havanın temperaturunun gecə 2-5, günnü birinci yarıısnda 10-15 dərəcə isti, axşama doğru 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır.
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında səhər havanın tutqun olacaq, şimal küləyi əsəcək, havanın temperaturu 5 dərəcə isti olacaq.
Gündüz buludlu hava şəraitinin davam edəcəyi, günün ikinci yarısında havanın az yağıntılı olacağı ehtimalı var. Şimal küləyi arabir güclənəcək. Havanın temperaturu 5 dərəcəyədək isti olacaq.
Axşam havanın arabir yağıntılı olacğı gözlıənilir, şimal küləyi əsəcək. Temperatur 3 dərəcəyədək isti olacaq.
Yanvarın 19-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güeclıənəəcjk.
Yanvarın 20-də Azərbaycanın rayonlarında bızi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Balakən-Şəki zonasında yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərəd 3 dərəcəyə qədər şaxta olacaq.
banner

Oxşar Xəbərlər