• cümə axşamı, 28 mart, 23:29
  • Baku Bakı 13°C

Temperatur 43 dərəcəyə yüksələcək - Proqnoz

01.08.15 12:05 1483
Temperatur 43 dərəcəyə yüksələcək - Proqnoz
Çaylarda suyun səviyyəsində kəskin azalma müşahidə olunur

“Azərbaycanda hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar Kür, Araz və Qanıx çaylarında, habelə bəzi dağ çaylarında sululuğun azalması gözlənilir”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlə Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
O bildirib ki, hazırda dağ çaylarında suyun səviyyəsində kəskin azalma müşahidə olunur: “Müşahidə apardığımız çaylarda quruma prosesi getmir. Çaylarda su var, ancaq çayın bəzi yerlərində məcra çox böyük olur ki, daha çox həmin yerlərdə quruma baş verir”.
Baş hidroloqun sözlərinə görə, Azərbaycanda müşahidə olunan isti və yağmursuz hava şəraitinin avqustun 5-dək davam edəcəyi gözlənilir.
A. Verdiyev qeyd edib ki, avqustun 5-dək Naxçıvan Muxtar Respublikasında və bəzi Aran rayonlarında havanın temperaturu gündüz saatlarında 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcəyə yüksələcək: “Bakı və Abşeron yarımadasında da havanın maksimal temperaturunun gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyədək yüksəlməsi gözlənilir”.
banner

Oxşar Xəbərlər