• cümə, 29 Mart, 10:54
  • Baku Bakı 5°C

Temperatur 19 dərəcəyə qədər yüksələcək

12.11.14 14:34 1240
Temperatur 19 dərəcəyə qədər yüksələcək
“Hazırda Azərbaycanda müşahidə olunan temperatur rejimi noyabrın çoxillik norma göstəricilərinə yaxındır”. Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. O qeyd edib ki, Azərbaycanda temperatur 19 dərəcəyə qədər yüksələcək: “Abşeron yarımadasında yaxın 2-3 gün ərzində 15-18 dərəcə isti olacaq. Aran rayonlarında isə 14-19 dərəcə isti qeydə alınacaq”.
U. Tağıyeva bildirib ki, Abşeron yarımadasında iki-üç gün ərzində dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Noyabrın 14-də isə gecə saatlarında havanın qısa müddətli tutulacağı gözlənilir.
Hazırda dağlıq ərazilərdə cənub küləyi üstünlük təşkil etdiyi üçün yüksək temperatur – 10-15 dərəcə isti qeydə alınır.
banner

Oxşar Xəbərlər