• cümə axşamı, 25 aprel, 09:30
  • Baku Bakı 14°C

Temperatur 14 dərəcəyə yüksələcək - Proqnoz

10.12.14 12:14 946
Temperatur 14 dərəcəyə yüksələcək - Proqnoz
Bu gün axşam qərb rayonlarında, sabah isə bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir
Dekabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 10-da axşam qərb rayonlarında, 11-də isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər