AZE | RUS | ENG |

Təmizlik aksiyalarının keçirilməsi artıq geniş vüsət almış hərəkatdır

Təmizlik aksiyalarının keçirilməsi artıq geniş vüsət almış hərəkatdır
Bu gün Buzovna çimərliyi ərazisində "Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib.
Trend-in məlumatına görə, "ASAN xidmət", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və "Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.
Yüzlərlə iştirakçının qoşulduğu builki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Aksiyanın açılış mərasimində çıxış edən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev aksiyada iştirak edən hər kəsə təşəkkür edib. Nazir qeyd edib ki, belə aksiyalar artıq geniş vüsət almış hərakatdır: "Təkcə Azərbaycan Xəzər ətrafında deyil, bütün Xəzəryanı ölkələr, bütün dünya belə aksiyalar keçirir. Biz də hər zaman ETSN olaraq belə aksiyaların keçirilməsində aktiv olmuşuq və bu davam edəcək".
"Asan Xidmət"in sədri Ülvi Mehdiyev bildirib ki, belə aksiyalarn keçirilməsi çox gözəl təşəbbüsdür: "Ölkəmiz dünyanın rəmzi məna daşıyan günlərində aktiv iştirak edir. Yay mövsümü bitdikdən sonra sahilyanı ərazilərimizin təmizlənməsinin böyük rəmzi mənası var. Burada 500-dən çox "Asan" könüllü iştirak edir. Yay ərzində çirkləndirdiyimiz ərazilərin təmizlənməsi vaxtı çatıb. Hər birimizə uğurlar arzulayıram".

Avropa Ittifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib ki, Avropa Ittifaqı olaraq, gələcəyin təmiz və yaşıl olması barədə düşünürlər: "Buna görə Azərbaycan ilə əməkdaşlıq etməyimizdən çox məmnunuq. Plastik tullantıların çürüməsinə 100 ildən çox vaxt gedir. Bu tullantılar dənizdə balıqların qidası olur, sonra isə həmin balıqları özümüz və uşaqlarımız yeyir. Biz buna layiqikmi? Biz çalışmalıyıq ki, təmizlədiyimiz ərazilər həmişə təmiz qalsın".
Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır. Hər il 21 sentyabr tarixində dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. Azərbaycanda da 9 ildir ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olunur.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873