• cümə, 29 Mart, 11:44
  • Baku Bakı 5°C

“Təmiz Şəhər” ASC-nin ərazisindən silah, qumbara və patronlar tapılıb

08.01.19 14:30 536
“Təmiz Şəhər” ASC-nin ərazisindən silah, qumbara və patronlar tapılıb
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı qəsəbəsi ərazisində yerləşən "Təmiz Şəhər” ASC-nin ərazisindən 1 ədəd pnevmatik tapança, 1 ədəd patron darağı, 1 ədəd alışqansız "F-1” qumbarası və 55 ədəd patron tapılaraq götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Əliləmbəyli kənd sakini A.Mirzəyev və Balahəşimxanlı kənd sakini R.Əliyev 2 ədəd "İJ” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakinləri olan 5 nəfərdən "TOZ”, "İJ” və "MR” markalı 5 ədəd ov tüfəngi götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
banner

Oxşar Xəbərlər