Təməlində praqmatik siyasi kursun dayandığı inkişaf
"2018-ci ilin ilk 9 ayı Azərbaycan üçün uğurlu olub. Xüsusən, xarici siyasət sahəsində əldə edilən
naliyyətlər ölkəmizin beynəlxalq imicinni artması ilə yadda qalıb. Azərbaycan
dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı
yerlərdən birini tutub. Cənab İlham
Əliyevin vurğuladığı kimi, "Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin
edib və ölkəmiz əmin-amanlıq, sabitlik,
təhlükəsizlik şəraitində yaşayıb”.
Bu barədə Milli Məclisin Elm və təhsil
komitəsinin üzvü Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, müasir
geosiyasi vəziyyətdə, siyasi çağırışların və xarici risklərin mövcud olduğu
dövrdə müəyyən edilmiş siyasi hədəflərə çatmaq o qədər də asan deyil. Deputatın sözlərinə görə, bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik
daxili və xarici siyasət kursu dayanır:
"Son 9 ayda Azərbaycan beynəlxalq əlaqələrini daha da
genişləndirib, regional və dünya miqyasında ölkəmizin milli maraqlarının
effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıb. Bu müddət
ərzində ölkə başçısının 12 xarici ölkəyə səfəri, 15 dövlət və
hökumət başçılarının Azərbaycana gəlməsi
ölkəmizin xarici siyasətinin kifayət qədər
düşünülmüş, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Qonşu ölkələrin rəhbərləri ilə çoxsaylı görüşlər, əldə
olunan razılaşmalar bir tərəfdən ikitərəfli əlaqələri gücləndirir, digər tərəfdən
regoinda sabitliyin, əmin-amanlığın qorunmasına öz töhvəsini verir”.
Millət vəkili P.Kərimzadə deyib ki, müsəlman
ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin
prioritet istiqamətlərindəndir. Onun fikrincə, İslam dünyasında
birliyin, həmrəyliyin möhkəmləndirilməsində Azərbaycanın atdığı uğurlu addımlar
yüksək qiymətləndirilir: "Azərbaycan xarici siyasətinin aparıcı istiqamətlərindən
biri də nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsidir.
Cənub Qaz Dəhlizi Məşvərətçi
Şurasının İclası, VI Bakı
Qlobal Forumu, "Davamlı
inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi"
mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq
konfransı bunun bariz nümunədir. Bunlar
onu deməyə əsas verir ki, ölkə başçısı İlham Əliyev mövcud beynəlxalq
təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanan xarici siyasəti həyata keçirir. Xalqımızın mənafeyini, müstəqil dövlətimizin
inkişafını və perspektivlərini müəyyənləşdirən xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin
dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Ölkəmiz bundan sonra da Prezident İlham
Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək,
ölkəmiz həm xarici, həm də daxili siyasətdə daha böyük uğurlara imza atacaq”.
Alpər TURAN