• cümə, 29 Mart, 08:48
  • Baku Bakı 5°C

Telman İsmayılovun iflas barədə ərizəsinə avqustun 4-də baxılacaq

16.06.16 17:56 1227
Telman İsmayılovun iflas barədə ərizəsinə avqustun 4-də baxılacaq
Moskva Arbitraj Məhkəməsi "Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovun iflas barədə ərizəsinə baxılmasını avqustun 4-nə kimi təxirə salıb.

APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, məhkəmə borclu tərəfin nümayəndəsinin və "Moskva Bankı"nın qaldırdığı vəsatət əsasında bu qərarı qəbul edib. Belə ki, məsələ ilə bağlı 29 iyun tarixində borclunun və onun maliyyə müdiri Dmitri Andreyevin kasasiya şikayətinə baxılacaq. "Moskva Bankı" isə Telman İsmayılovun iflasla bağlı ərizəyə baxılmasının təxirə salınması istəyini prosessual məsələlərin ardıcıllığı ilə əlaqələndirib.

Xatırladaq ki, Moskva vilayəti Arbitraj Məhkəməsi 26 may tarixində 10-cu Arbitraj Məhkəməsi tərəfindən birincinin İsmayılovun 21 dekabr 2015-ci ildə iflas elan olunması ilə bağlı qərarının ləğvi ilə bağlı qətnaməsini təsdiqləyib.
banner

Oxşar Xəbərlər