• cümə, 29 Mart, 18:07
  • Baku Bakı 14°C

Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir

18.05.21 11:00 538
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir
Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir.
Müdafiə NazirliyindənAPA-ya verilən məlumata görə, təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.
banner

Oxşar Xəbərlər