• cümə axşamı, 18 aprel, 22:27
  • Baku Bakı 21°C

"Təlimçi hazırlığı” proqramına start verilib

26.08.16 17:22 1423
"Təlimçi hazırlığı” proqramına start verilib
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu təhsil nazirinin müvafiq əmrinə əsasən UNICEF-in maliyyə və metodiki dəstəyi ilə ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılması üçün "Təlimçi hazırlığı” proqramına start verib. Təlim-məşğələləri məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloq aparır. Təlim 36 akademik saatlıq proqram əsasında 6 gün davam edəcək. Təlimlərdə ölkə üzrə seçilmiş 150 nəfər ali təhsilli müəllimin iştirakı planlaşdırılır.
Təlimlərdə iştirak üçün müraciət edən 500 nəfərdən çox ərizəçinin sənədlərinin qoyulmuş meyarlara uyğunluğu təhlil edildikdən sonra 200 nəfər müəllim müsahibəyə dəvət olunub. Onlardan artıq 90 nəfəri müsahibə komissiyasının müsbət rəyini almış və 25 avqust tarixindən təlimlərə qoşulublar. "Təlimçi hazırlığı” proqramı üçün iştirakçı seçimi müsahibələri davam edir. Növbəti həftə ərzində daha 60 müəllimin yeni qruplarda təlimlərə qoşulması planlaşdırılır.
"Təlimçi hazırlığı” proqramını uğurla başa vuran müdavimlərə təlimçi sertifikatı veriləcək və onlar ölkənin ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılmasına cəlb olunacaqlar.


banner

Oxşar Xəbərlər