• cümə, 19 Aprel, 04:19
  • Baku Bakı 18°C

Televizorun yüksək səsi üstündə kütləvi dava: 2 yaralı

15.09.14 19:03 1013
Televizorun yüksək səsi üstündə kütləvi dava: 2 yaralı
Abşeron rayonu ərazisində kütləvi dava olub. APA TV-nin xəbərinə görə, buna qonşulardan birinin yüksək səslə televizora baxması səbəb olub. Saxlanılan şəxslərdən Emil Orucov deyib ki, qonşularından televizorun səsini azaltmasını istəyib.
Ona sözünü bitirməyə imkan verməyiblər. Həmin vaxt küt alətlə başından zərbə alıb və yerə yıxılıb. Emil Orucovun sözlərinə görə, dalaşdığı qonşuları ona deyiblər ki, bəyənmirsə, getsin, başqa yerdə kirayə ev tutsun. Bundan qəzəblənən Emil onunla birgə kirayədə qalan dostlarını köməyə çağırıb. Nəticədə iki tərəf söhbəti bitirmək üçün kirayədə qaldıqları Müşfiqabad qəsəbəsindən kənarda görüşüblər. Bir araya gələn 5 nəfərin mübahisəsi tezliklə əlbəyaxa davaya çevrilib. Onlardan Ülvü Allayarov bıçaqlanıb, Fərrux Qasımov küt alətlə xəsarət alıb.
banner

Oxşar Xəbərlər