AZE | RUS | ENG |

Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır

Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır
Azərbaycan televiziyalarının efirində keyfiyyət dəyişiklikləri baş verməkdədir. Bəzən yenilik, keyfiyyət dəyişikliyi dedikdə, daha çox estetik tərəfdən dəyişikliyə önəm verilir. Təbii ki, bu da olmalıdır. Aparıcılar estetik baxımdan məzmunlu geyinməlidirlər. Lakin əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, İctimai Televiziyanı bu istiqamətdə məsələlərin həyata keçirilməsi üçün digərlərindən fərqləndirən cəhətlər var:
"Hesab edirəm ki, İctimai Televiziyada bu istiqamətdə görüləsi işlər çoxdur. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni üzvlərin siyahısına baxdıqda, bu şəxslərin bir çoxlarının fəalyyəti ilə yaxından tanışam və onların Şuraya üzv olduğuna şadam. Məsələn, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova musiqi mədəniyyətimizi təqdim etməyi bacaran bir şəxsdir".
H.Babaoğlu qeyd edib ki, efir məkanında mənəvi dəyərlərin qorunması, təbliği, bununla bağlı süjetlərin, filmlərin olması çox vacibdir: "Bu gün din cəmiyyətdəki davranışlarımızı, mənəvi dəyərlərimizi müəyyənləşdirir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev bu istiqamətdə məsələlərin həllinə köməklik göstərəcək”.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779