AZE | RUS | ENG |

Teleserial çəkilişi üçün telekanallara 400 min manat verildi

Teleserial çəkilişi üçün telekanallara 400 min manat verildi
İyunun 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə edilib. Müzakirələrə uyğun olaraq iclasda milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na, “Xəzər TV” MMC-yə və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 000 (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805